ABŞ, İngiltərə, Almaniya və Fransa Rusiyaya ultimatum verdi
İngiltərə, Fransa, Almaniya və ABŞ Rusiyaya ultimatum ünvanlayıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Sergey Skripalın qətlində günahlandırılan rus hökumətinə öhdəlikləri yerinə yetirməsi ilə bağlı xəbərdarlıq edilib.
Birləşmiş Krallığın növbədənkənar çağırdığı BMT Təhlükəsizlik Şurasının iclasından sonra 4 ölkənin - İngiltərə, Almaniya, Fransa və ABŞ liderləri Skripalın öldürülməsini Böyük Britaniyaya qarşı təcavüz kimi qiymətləndiriblər. Rusiya hökuməti Skripalın qətli barədə hər hansı bir şərh verməkdən imtina edir.
Göndərilən ultimatumda həmçinin Rusiyanın istifadə etdiyi kimyəvi qazın tərkibinin açılması barədə də maddə yer alıb.
Qeyd edək ki, Birləşmiş Krallığın baş naziri Tereza Mey dünən verdiyi açıqlamada 24 diplomatının ölkədən çıxarılması və Rusiya ilə diplomatik münasibətlərə son qoyulduğunu bəyan etmişdi.