Bakıda 2 gənc kütləvi dava zamanı bıçaqlanıb
Bakıda gənclər arasında kütləvi dava olub. APA TV xəbər verir ki, hadisə zamanı iki nəfər bıçaqlanıb.
Xətai rayonu, NZS qəsəbəsində qeydə alınmış hadisə zamanı 2000-ci il təvəllüdlü Mustafayev Fərid Müşfiq oğlu və 1998-ci il təvəllüdlü Əhmədov Zöhrab İsmayıl oğluna bıçaq xəsarətləri yetirilib. Onların tanımadıqları şəxslərlə dava etdiyi deyilir.
Ümumilikdə 4 bıçaq zərbəsi alan gənclər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Cərrahi əməliyyatdan sonra vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisənin təfərrüatlarını isə Xətai polisi araşdırır.