Ağdamda toqquşan avtomobillərdən biri ağaca çırpılıb
Ağdamda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Eyvazlı kəndi ərazisində qeydə alınıb.
Ağdam rayon sakini Habil Ərganovun idarə etdiyi “VAZ 2106" markalı avtomobil hərəkətdə olarkən qarşıdan gələn və Musa Quliyevin idarə etdiyi “VAZ 2104" markalı avtomaşınla toqquşub. Nəticədə "VAZ 2106" yol kənarındakı ağaca çırpılıb, sürücüsü isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.