ABŞ-da yeni inşa olunmuş piyada körpüsü çöküb - ÖLƏNLƏR VAR

ABŞ-ın Mayami ştatında yeni inşa olunmuş yolüstü piyada keçidinin çökməsi nəticəsində 10-dək adam ölüb. APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə zamanı azı 10 nəfər də xəsarət alıb.

Hadisə yerində xilasetmə dəstələri və polis işləyir. Ölənlərin və xəsarət alanların ümumi sayı dəqiqləşdirilir. Dağıntıların altında qalanları da nəzərə alan polis ölü və yaralı sayının arta biləcəyini ehtimal edir. Çəkisi 950 ton olan piyada körpüsü bir neçə avtomobilin üstünə çöküb.

İnşasına 14 milyon dollardan çox vəsait xərclənən körpü ötən şənbə günü istifadəyə verilib. Körpü yaxınlıqda olan Florida Beynəlxalq Universitetinin tələbə şəhərciyinə təhlükəsiz gediş-gəlişi təmin etməli idi.

Müəllif | Apa.Tv
Apa.tv