Səudiyyədən sürpriz addım - YƏMƏNƏ 2 MİLYARD DOLLAR BAĞIŞLANDI

Səudiyyə Ərəbistanı Yəmən Mərkəzi Bankına 2 milyard dollar köçürüb.

 

APA TV-nin  Rusiya mətbuatına istinadən məlumatına görə, müvafiq saziş Ər-Riyadda Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Caadan və Yəmən Mərkəzi Bankının sədri Məhəmməd bin Mənsur Zəmmam tərəfindən imzalanıb.  

 

Məhəmməd əl-Caadan imzalanma mərasimində çıxışı zamanı qeyd edib ki, saziş Krallığın Yəmən xalqına dəstək göstərilməsi siyasətini əks etdirir. Nazirin fikrincə, saziş Yəməndə maliyyə vəziyyətini yaxşılaşdıracaq və ölkə vətəndaşlarının yaşayış səviyyəsinə müsbət təsir göstərəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı