Dövlət Departamenti: Ankara ilə Menbiç məsələsində heç bir razılaşma yoxdur
"Türkiyə ilə ABŞ arasında Menbiç məsələsində heç bir razılaşma əldə olunmayıb".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri ABŞ-ın Dövlət Departamentinin sözçüsü Hizer Nauert bildirib.
O qeyd edib ki, rəsmi Ankara ilə bu istiqamətdə danışıqlar davam edir və hər iki tərəf müsbət nəticə üçün çalışır.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öncəki gün ABŞ-la Menbiçin PYD/YPG-dən təmizlənməsi məsələsində razılaşdıqlarını söyləyib. Həmin gün Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib.