Avropada iki ölkənin baş naziri istefa verdi - BİRİ JURNALİSTİN QƏTLİNƏ GÖRƏ, DİGƏRİ...

Slovakiya və Sloveniyanın baş nazirləri istefa verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə yerli mətbuat orqanları xəbər yayıb.

 

Slovakiya baş naziri Robert Fiko ölkədəki korrupsiyaya qarışmış dövlət məmurları barədə xəbərlər yayan jurnalist Jan Kucikin öldürülməsindən sonra başlayan etirazlar nəticəsində istefa verməyə məcbur olub. Fiko istefa qərarını Bratislavada keçirilən iclas zamanı elan edib.


Həmçinin Sloveniya baş naziri Miro Cerar da istefa verib. Sloveniya Ali Məhkəməsinin 1 milyard avroluq dəmiryolu layihəsinə veto qoymasından sonra Miro bu addımı atıb. İstefa edərkən o, "qanunverici orqan Sloveniyanın inkişafının qarşısını bir daha aldı" deyib.
 

Qeyd edək ki, hər iki ölkədə yaxınlaşan parlament seçkiləri bu istefalardan sonra növbədənkənar seçkilərin keçirilməsi üçün şərait yaradıb.

Müəllif | Apa.Tv
Apa.tv