Goranboyda 77 yaşlı kişini cərəyan vurub öldürdü

Goranboy sakini bədbəxt hadisə nəticəsində ölüb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Xanqərvənd kənd sakini, 1941-ci il təvəllüdlü Aslanov Məhərrəm Sarı oğlu yaşadığı evdə iş görən zaman elektrik cərəyanı onu vurub.

 

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, 77 yaşlı kişinin öldüyü məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli