Səudiyyə vəliəhdi: "Nüvə silahının hazırlanmasına başlayırıq"
"Əgər rəsmi Tehran nüvə proqramından imtina etməsə, Səudiyyə Ərəbistanı da analoji silahın hazırlanmasına başlayacaq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu CBS telekanalına müsahibəsində şahzadə Məhəmməd bin Salman bildirib.
"Krallığın nüvə silahına yiyələnmək niyyəti yoxdur, amma əgər İran nüvə proqramına davam etsə biz də analoji addımı atacağıq" - deyə, şahzadə bildirib.
Analitiklər bu açıqlamanı Səudiyyə Ərəbistanı ilə İran arasında regionda hakimiyyətə sahib olmaq uğrunda mübarizənin təzahürü kimi dəyərləndirib.
Yeri gəlmişkən, Səudiyyə krallığı dünyanın aparıcı energetika ölkələrindən biridir. O təkcə nəhəng idxalçı deyil, həm də neft bazarının əsas oyunçularından sayılır ki, bu da krallığa "qara qızıl"ın qiymətlərinə təsir imkanları yaradır.