Türkiyədən Şimali Koreyaya sanksiyalar - HESABLAR DONDURULDU, MÜLKLƏRƏ HƏBS QOYULDU

Türkiyə Şimali Koreyaya qarşı sanksiyalara qoşulub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, atıq adı çəkilən ölkədən olan 39  şəxsin maliyyə hesablarına və mülklərinə həbs qoyulub, onların Türkiyəyə səyahəti məhdudlaşdırılıb.

 

Bununla da Türkiyə BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Koreyaya qarşı sanksiyalar tətbiq olunması barədə qərarına qoşulub. Ölkədə Şimali Koreya ilə ediləcək bir çox ticarət əməliyyatlarına  qadağa qoyulub. Şimali Koreya ilə təbii qaz, neft, toxuculuq malları, gəmi, metal və digər materialların ticarəti qadağan olunub. Buna görə dəniz və hava limanlarında yoxlamalar aparılacaq.

 

Şimali Koreyaya aid su nəqliyyat vasitələri Türkiyə limanlarına girə bilməyəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı