Türkiyə aviasiyası Afrinə vərəqələr səpdi - MƏTN

Türkiyə aviasiyası Afrinin mərkəzinə havadan xəbərdarlıq vərəqələri yayıb. APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrindən (TSQ) bu barədə açıqlama verilib.

Vərəqələr kürd və ərəb dillərində yazılıb:

"Hörmətli afrinlilər! PYD/YPG həm sizə, həm də Türkiyəyə illərdir maddi və mənəvi zərər vurur. Onlar sizləri evlərinizdən və doğmalarınızdan məhrum ediblər. Terrorçuları məhv etməyin vaxtı gəlib".

Sakinlərə terrorçuların mövqelərinə yaxınlaşmamaq tövsiyə edilir. Afrindən ayrılmaq istəyən inanların isə TSQ-nın himayəsi altına alınacağı qeyd edilir.



 

Müəllif | Apa.Tv
Elvin Bayramlı