VI Qlobal Bakı Forumunda Ekmeleddin İhsanoğlunun vəziyyəti pisləşdi
Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində türkiyəli deputatın vəziyyəti pisləşib.
APA TV-nin məlumatına görə, paneldə çıxış edən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunun səhhətində problem yaranıb.
O, çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.
E.İhsanoğlu iclas zalından çıxarılıb, ona yardım edilib.