Hacıqabulda dəhşət: bir evin iki gəlini faciəli şəkildə öldü

Bakı-Qazax magistralının 82-ci km-də ölümlə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sükan arxasında yuxulayan Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü Bəhruz Telman oğlu Hümbətovun idarə etdiyi "Mercedes" markalı 10 XN 136 dövlət nömrə nişanlı avtomobil yolda təmir işləri aparan asfaltkəsən maşına çırpıb. Qəza nəticəsində onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şəlalə Yaqub qızı Hümbətova və sürücünün qardaşı arvadı İsmayılova Kamilə Feyzi qızı hadisə yerində ölüblər.

 

"Mercedes"də olan sərnişinlərdən sürücünün övladları - 2015-ci il təvəllüdlü Umud Bəhruz oğlu Hümbətov və 2010-cu il təvəllüdlü Rəşad Bəhruz oğlu Hümbətov ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə kəllə-beyin travmaları ilə komatoz vəziyyətdə yerləşdiriliblər. Avtomobildə olan digər azyaşlı və sürücü yüngül xəsarət alıb.

 

Hadisəyə səbəb  sürücünün sükan arxasında yuxulaması olub. Təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq, avtomobil yol kənarında təmir işləri aparan texnikaya çırpılıb.

 

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı