Afrin su anbarı nəzarətə götürüldü, şəhər boşalır: TÜRK ORDUSU ŞƏHİD VERDİ
"Zeytun budağı" əməliyyatının 56-cı günündə məhv edilən PYD/YPG terrorçularının sayı 3530-a çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı "Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.
Son hücumla Afrin şəhərini içməli su ilə təmin edən anbar nəzarətə götürülüb.
Afrinin mühasirəsi davam etdiyi bir vaxtda TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçüləri şəhər mərkəzinə 600 metrlik məsafədə mövqe tutub. Şəhər ətrafındakı terrorçuların 250 mövqeyi zərərsizləşdirilib.
Bundan başqa Afrinə ən yaxın Mabadlı qəsəbəsinə hücum başlanıb, şiddətli döyüşlər gedir.
Bu arada Afrin sakinləri şəhər ətrafında terrorçuların TSQ-ya qarşı yaratdığı süni maneələri dağıtmağa başlayıb. Dərin xəndəklər insanlar tərəfindən doldurulur. Bu cür maneələr həm də vətəndaşların şəhərdən çıxışını əngəlləmək məqsədilə yaradılıb.
Yeri gəlmişkən, Afrini tərk edən sakinlərin sayı artıq 30 mini keçib.
Bu arada Afrin ətrafında minatəmizləmə işləri də həyata keçirilir. Mina partlaması nəticəsində bir türk hərbçisi şəhid olub.
Bununla da Türkiyənin "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın şimalında verdiyi şəhid sayı 42-yə çatıb.