DSX-nin hərbi hissələrində Novruz şənliyi keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluq­çuları və işçiləri üçün möhtəşəm bayram konserti təşkil olunub.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin və rəqs ansamblının yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb, musiqiçilərin və solistlərin canlı ifaları, rəqs ansamblının parlaq çıxışları böyük maraqla izlənilib.

 

Konsert proqramının ilk hissəsində dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının motivləri əsasında qurulmuş musiqili tamaşa nü­mayiş etdirilib.

 

Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin baş dirijoru mayor Səməd Vəkilovun, rəqs ansamblının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Nailə Məmmədzadənin rəhbərlik etdikləri yaradıcı kollektivin böyük uğuru olan musiqili tamaşa tədbir iştirakçılarının sürəkli alqışları ilə qarşı­lanıb. 

     

Konsert proqramının davamında rəqs ansamblının ifasında milli və xarici ölkələrin rəqsləri, DSX nümunəvi hərbi orkestrinin solistlərinin, həmçinin bayram gecəsinin xüsusi qonaqları Azər­baycanın əməkdar artist­ləri Afaq Abbasovanın və Çinarə Şirinin, ta­nınmış estrada müğən­niləri Elnarə Xəlilo­vanın və Dilarə Kazımovanın ifasında Azər­baycan və əcnəbi bəstəkarların əsərləri bayram gecəsini xüsusilə yaddaqa­lan edib.

 

Nümunəvi hərbi orkestrin ilk dəfə olaraq milli geyimdə çıxış et­mə­si isə bayram tədbirinin Novruz abu-havasını daha da artırıb.

 

Bu cür tədbirlərin Dövlət Sərhəd Xidmətinin bütün sərhəd zastavalarında və digər sərhəd mühafizə bölmələrində təşkil olunması nəzərdə tutulmuşdur.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova