Zərifə Əliyeva adına liseydə Novruz şənliyi keçirilib
Kimi yun əyirdi, kimi ədviyyat üyütdü, kimi də xəmir açdı. APA TV-nin məlumatına görə, akademik Zərifə Əliyeva adına liseydə Novruz şənliyi rəngarəng məqamlarla yadda qaldı.
Bayram ərəfəsində lisey şagirdlərinin ifasında maraqlı səhnəciklər bir-birini əvəz etdi.
Milli geyimli şagirdlər Novruz bayramının tarixinə dair maraqlı məqamlar barədə məlumat verdilər. Xalq oyun-tamaşalarından səhnəciklər nümayiş etdirdilər.
Novruz şənliyində bir-birindən gözəl rəqslər də ifa olundu.
Novruz bayramında haxışta oyunu oynamaq adətdir. Əlbəttə ki, bu oyunu oynamaq məktəbli qızlara həvalə olundu.
Tarixi rəqslər də unudulmadı.
Şənlik boyu Novruz bayramında icra olunan adət-ənənələri əks etdirən səhnəciklər göstərildi.