Gəncədə avtomobilin vurduğu 76 yaşlı kişi xəstəxanada öldü

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb. APA TV-nin məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Şəhər sakininin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Knyaz Bayramovu vurub. Sürücü ağır xəsarətlər almış piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən edib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv