Bakıda avtomobil iki piyadanı vurub - BİRİ AZYAŞLIDIR
Bakının Nərimanov rayonunda piyadaları avtomobil vurub. APA TV-nin verdiyi xəbərə görə, hadisə Həsənoğlu küçəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Ağakişiyev Hüseyn Ramiz oğlu və 2016-cı il təvəllüdlü Fətullazadə Fatimə Nihad qızı yolu birgə keçmək istəyərkən minik avtomobilinin zərbəsi ilə üzləşib. Yaralılar təcili xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində istintaq araşdırmalarına başlanılıb.