Tramp daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı

Donald Tramp daha bir yüksək vəzifəli şəxsi işdən azad edib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ prezidenti  Federal Təhqiqat Bürosunun (FTB) rəis müavini Endrü Makkabeni postundan götürüb. Ölkənin ədliyyə naziri Ceff Sessionun verdiyi açıqlamaya görə, Ağ Evdən daxil olan göstərişdən sonra Endrü Makkabenin vəzifəsinə dərhal xitam verilib.

Qeyd edək ki, son zamanlarda Rusiyadakı seçkilərə müdaxilə ilə bağlı araşdırmalara başlayan Ağ Ev rəhbərliyi nəticələrə əsasən 20-dən çox şəxsi vəzifəsindən azad edilib.

Müəllif | Apa.Tv
Apa.tv