Neft birja həftəsinin yüksək qiymətlərlə başa vurdu

Birjalarda həftənin son ticarət sessiyalarında neftin qiyməti bahalaşıb. APA TV-nin məlumatına görə, bir gün əvvəl cəmi 20 sent bahalaşan "Brent" nefti gün ərzində 1 dollaradək bahalaşaraq həftəni 66,13 dollarla başa vurub. Qərbi Texas nefti də birja həftəsini yüksək hədlərdə bitirib. Son ticarət sessiyasında WTI nefti 62,24 dollardan satılıb.

ABŞ-da həftə ərzində hasilata cəlb olunan buruqların sayı yenidən 4 ədəd artaraq 800 vahid olub. Bu, son 3 ildə qeydə alınan ən yüksək rəqəmdir.

Neft bazarındakı durum gələn həftə qiymətlərin ucuzlaşacağını göstərir. Buna səbəb ABŞ-da hasilatın artmasını təsdiqləyən rəsmi hesabatlardır. Energetika Nazirliyinin hesabatına əsasən, ötən illə müqayisədə ABŞ neft idxalını iki dəfə artırıb. Hazırda ölkə gün ərzində xaricə 1,1 milyon barel neft satır. ABŞ ötən il cəmi 27 ölkəyə neft satırdısa, hazırda bu rəqəm 37-yə çatıb. Amerikan neftinin əsas alıcısı yenə də əvvəlki tək Kanadadır. Sonrakı yerləri Çin, Hindistan və İspaniya tutur. 2015-ci ilin dekabrından ABŞ-da xaricə neft satışına qoyulan qadağa ləğv edilib.

Energetika Nazirliyi ilin sonuna kimi ölkədə gündəlik neft hasilatının 11,17 milyon barelə çatacağını proqnozlaşdırır. Nazirlik il ərzində "Brent" və WTI markaları arasında qiymət fərqinin orta hesabla 3,96 dollar olacağını gözləyir.

Müəllif | Apa.Tv
Apa.tv