ABŞ Türkiyə, Çin, Hindistan və Qətərə sanksiyalar tətbiq edə bilər - SƏBƏB
ABŞ senatorları Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasını tələb ediblər.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ bir qrup senator Müdafiə Nazirliyinə müraciət edərək, Rusiyadan "S-400" raket kompleksini alacaq hər bir ölkəyə sanksiyalar tələb ediblər.
Göndərilən müraciətdə Türkiyə, Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Qətərə qarşı tədbirlərin görülməsi tələb olunur. "S-400" nüvə silahından müdafiə sistemlərinin satışının dayandırılması və qarşısının alınması üçün diplomatik səylərin də artırılması vurğulanıb.
Qeyd edək ki, martın 15-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvaya səfər edərək "S-400"lərin alınması barədə razılığa gəlib.