Səudiyyə vəliəhdi ABŞ şou-biznesinə girir - 400 MİLYON DOLLAR XƏRCLƏYƏCƏK

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səud dünyanın ən nəhəng prodüser mərkəzlərindən olan "Endeavor" şirkətinə aid səhmlərin 10 faizini alacaq.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, şahzadənin ABŞ-a səfəri zamanı bu məqsədlə 400 milyon dollarlıq müqavilə imzalanacaq. 

 

Şirkət məşhur "Hollywood" aktyorları və müğənnilərə aid promo kampaniyaların, habelə konsert və turnelərin təşkili, eləcə də teleaparıcıların  menecment işlərilə məşğul olur ki, onların da arasında Opra Uinfi, Dueyn Conson, tennisçi Serena Uilyamsın adları var.

 

Qeyd edək ki, martın 19-da başlayacaq və iki həftə davam edəcək səfər zamanı vəliəhdin Donald Trampla görüşü də gözlənilir .

Müəllif | Apa.Tv
Apa.tv