Diplomatiya oyununda heç-heçə: İngiltərə - Rusiya 23:23

Rusiyadan Böyük Britaniyadan olan 23 diplomata ölkədən çıxmaq tələbi qoyub.

 

APA TV-nin "BBC news" telekanalına istinadən məlumatına görə, Rusiya onları "arzuolunmaz şəxs"lərin siyahısına daxil edib.
 

Bu, İngiltərənin 23 rus diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq qiymətləndirilir.

Rusiya Xarici İşlər Nazirliyindən diplomatlara ölkəni tərk etməsi üçün 1 həftə vaxt verildiyi bildirilib.

Bundan öncə "Salisbury cinayəti"ndən sonra gərginləşən Birləşmiş Krallıq və Rusiya münasibətləri nəticəsində Tereza Mey Rusiya ilə əlaqələri kəsdiklərini bildirmişdi.
 

Bu arada Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Sergey Skripalın ölümünün arxasında Rusiyanın dayandığını və əmri birbaşa Putinin verdiyini iddia edib.

Müəllif | Apa.Tv
Apa.tv