Sabah Rusiyada prezident seçkiləridir
Sabah Rusiyada prezident seçkiləri keçiriləcək. APA TV-nin məlumatına görə, seçki bülleteninə 8 namizədin adı daxil edilib. Bunlar hazırkı prezident Vladimir Putin, Dövlət Dumasının deputatı Sergey Baburin, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jironovski, "Vətəndaş təşəbbüsü" blokunun namizədi Kseniya Sobçak, Rusiya Federasiyası Kommunist Partiyasının təmsilçisi Pavel Qrudinin, "Rusiya kommunistləri" partiyasının Mərkəzi Komitəsinin sədri Maksim Suraykin, "Rost" partiyasının sədri Boris Titov, "Yabloko"nun lideri Qriqori Yavlinskidir. Ümumilikdə seçkilərdə 36 nəfər prezidentliyə namizədliyini irəli sürüb, onların bir qismi müxtəlif səbəblərdən qeydə alınmayıb, bir neçə nəfər isə namizədliyini geri götürüb.
Qanunvericiliyə əsasən, Rusiya prezidenti altı il müddətinə seçilir. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi seçkilər ərəfəsində keçirilən son sorğuların nəticələrini açıqlayıb. Sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 69 faizi Vladimir Putinə səs vermək niyyətindədir. Pavel Qrudininin 8, Vladimir Jirinovskinin isə 6 faiz səs toplamaq potensialı var. Seçkilərdə sürpriz nəticə vəd edən Kseniya Sobçakın səsləri 3 faizi keçmir. Qriqori Yavlisnkinin səs potensialı ilə 1,5 faizdən çox deyil. Sorğu 6-9 mart tarixlərində keçirilib.
Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini Bakı vaxtı ilə 22.00-da açıqlamağa başlayacaq. İlkin rəsmi nəticələr yanvarın 19-da səhər saatlarında məlum olacaq.