"Goldman Sachs": "Bitcoin" kəskin ucuzlaşacaq
"Bitcoin" dəyər itirməkdə davam edir. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bazarın təhlili adı çəkilən kriptovalyutanın 2800 dollaradək ucuzlaşacağını göstərir ki, buna da maliyyə bazarı leksikonu ilə "ölüm xaçı" deyilir.
"Goldman Sachs" ekspertləri martın sonuna qədər "Bitcoin" kriptovalyutasının ümumilikdə 76 faiz ucuzlaşacağı, bunun isə iflas həddi anlamına gəldiyi ilə bağlı bədbin proqnoz açıqlayıblar.
Qeyd edək ki, "Bitcoin"in qiymətindəki rekord 2017-ci ilin dekabrında qeydə alınıb. Həmin vaxt onun kursu 20 min dollar təşkil edib.