Azərbaycan futbol yığmasının üzvü özünü güllələyib
Şəkidə intihara cəhd edən 11-ci sinif şagirdi, futbol üzrə qadınlardan ibarət milli komandanın üzvüdür.
APA TV-nin məlumatına görə, rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Firəngiz Əzizovanın üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.
Şorsu kənd tam orta məktəbində 11-ci sinifdə oxuyan Firəngiz Əzizova Futbol üzrə Şəki komandasının oyunçusudur və o son vaxtlar milli komandaya da daxil edilib. Yaşadığı Şorsu kəndinə isə 2 gün öncə Bakıda təşkil edilmiş təlim məşq toplantısından qayıdıb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.