Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgi açılıb

Şirvan şəhəri Əlillərin Regional Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət “Bahar sevincləri” adlı zona sərgisi təşkil olunub. Sərgidə 31 gəncin tətbiqi sənət növlərində 350-dən çox əl işi təqdim olunub.

 

Əl işləri təqdim olunan gənclər yaradıcılıq qabiliyyətlərini daha da təkmilləşdirilmək üçün Peşə Reabilitasiya Mərkəzində müvafiq tətbiqi sənət növləri üzrə kurslara cəlb olunublar. Mərkəzdə xüsusi təlim məşğələləri, tanınmış mütəxəssislərin iştirakı ilə təşkil edilən treninqlər, ustad dərsləri şəraitində gənclərin bacarıqları təkmilləşdirilib.

 

İndiyə kimi Mərkəzdə 1400-dən çox gənc kurslara cəlb olunub. Onlardan 85 nəfəri bu bölgədəki şəhər və rayonlardan olan gənclərdir.

 

Sərgidə Azərbaycan təbiətini, adət-ənənələri, milli-mənəvi dəyərləri,  görkəmli şəxsiyyətləri əks etdirən əl işləri maraqla qarşılanıb.

 

Tədbir sağlamlıq imkanları məhdud gənclərin ifasında bədii hissə ilə yekunlaşıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv