İbrahim Nəbioğlu İlon Maskın kitabını tərcümə edib

Mərkəzi Elmi Kitabxanada tanınmış jurnalist İbrahim Nəbioğlunun tərcüməsində nəşr olunan “İlon Mask: Tesla, Space X və möhtəşəm gələcəyin izi ilə” kitabının təqdimatı keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə naşirin həmkarları, elm adamları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Millət vəkili Fazil Mustafa bildirib ki, belə bir kitabın nəşri ciddi ictimai hadisədir və Azərbaycan oxucusunun maariflənməsi baxımından böyük önəm daşıyır.

 

"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı da kitabın hər kəsin masaüstü vəsaitinə çevrilməli olduğunu bildirib, gənc nəslin maariflənməsinə verdiyi töhfəni qeyd ediblər:

 

 

"Gənclər, böyüməkdə olan nəsil üçün bu cür təfəkkür, ideya daşıyıcısının oxuculara çatdırılması kifayət qədər əhəmiyyətlidir. Düşünürəm ki, bunun bizim gənclərin daha innovativ düşünməsi üçün böyük əhəmiyyəti olacaq".

 

İbahim Nəbioğlu isə tərcümə ideyasının ölkəmizdə analoji mövzudakı kitab çatışmazlığından qaynaqlandığını deyib:

 

 

"Düşünürəm ki, Azərbaycan gəncləri üçün olduqca maraqlı, sürükləyici, oldquca futuristik bir kitab ortaya çıxıb. Bu kitab təmiz Azərbaycan dilindədir. Üstündə ciddi araşdırmalar aparmışam, düşünürəm ki, texniki Azərbaycan dilini inkişaf etdirmək lazımdır".

 

Qeyd edək ki, kitabda İlon Maskın ticari və elmi sahədəki fəaliyyəti, habelə kosmik internet də daxil olmaqla, son elmi nailiyyətlərindən bəhs olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv