Putin növbəti dəfə Rusiya prezidenti seçildi

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin nəticələrini açıqlayıb. APA TV-nin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzinə verdiyi məlumata görə, Vladimir Putin 76,5 faizdən çox səslə ölkə prezidenti seçilib.  

 

İkinci yerdə Kommunist Partiyasının namizədi, Lenin adına sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 11,9 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 5,7 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,6 faiz səslə Kseniya Sobçak gəlir. 


Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.

Qeyd edək ki, Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin karyerası ərzində seçicilərdən rekord sayda səs alıb. Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putini Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli