Azad Suriya Ordusu döyüşçüləri Əsədin təyyarəsini vurdu - REAL VİDEO

Dəməşq yaxınlığında Suriya Hərbi-Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə vurulub. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azad Suriya Ordusunun (ASO) "Twitter" səhifəsində bildirilir. 


İnsident Şərqi Kalamun rayonunda baş verib. İnternetdə dərc olunmuş videoda "Su-22" təyyarəsinin vurulduğu əks olunub. 


Pilotun katapult etdiyi və hökumət qüvvələrinin nəzarətində olan əraziyə düşdüyü bildirilir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı