Mingəçevirdə mənzildən 30 min manatlıq qızıl oğurlandı

Mingəçevirdə oğurluq hadisəsi olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsindəki 7 saylı binanın 4 saylı mənzilində qeydə alınıb.

 

Ev sahibi Sevda Abdullayeva naməlum şəxs tərəfindən mənzildən 30 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması barədə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edib. Sevda Abdullayevanın bildirdiyinə görə, hadisə axşam saatlarında baş verib. Oğrular evə pəncərədən daxil olublar.

 

Hadisə yerinə polis əməkdaşları gəlib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov