İŞİD Kərkükdə bir ailənin 5 üzvünü edam etdi
İŞİD Kərkükdə bir ailənin beş üzvünü güllələyib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terrorçular şəhərin yaxınlığındakı Havicə qəsəbəsinə hücum edib.
Kərkük polisindən terrorçuların daha sonra hadisə yerindən qaçdığını bildirilib.
Kərkük polisindən terrorçuların daha sonra hadisə yerindən qaçdığını bildirilib.
İŞİD son günlər Kərkük və yaxınlığındakı yaşayış məntəqələrinə bir neçə dəfə hücum edib.
Əhali bundan narahatdır. Yerli polis təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində qüvvələrini səfərbər edib.