Masallıda iki "Jiquli" toqquşdu: 4 yaralı

Masallıda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının Masallı rayonunun Seybətdin kəndindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə zamanı Natiq Ağayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil qarşıdan gələn Abış Abbasovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə ikisi ağır olmaqla ümumilikdə 4 nəfər - "VAZ-2106"-nın sürücüsü, 27 yaşlı Natiq Ağayev və onun sərnişinləri - həmyaşıdı Pərviz Şahmarov, 31 yaşlı Elvin Həsənov və "VAZ-2107"-nin sürücüsü, 48 yaşlı Abış Abbasov xəsarət alıb. Yaralılar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan Elvin Həsənov əməliyyata götürülüb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

 

Həkim İlqar Ramizoğlu yaralıların vəziyyəti haqqında bunları deyib: "1987-ci il təvəllüdlü Həsənov Elvin sağ bud sümüyünün yer dəyişən sınığı diaqnozu il travma şöbəsinə yerləşdirilib. Digər xəstə, 1970-ci il təvəllüdlü Abbasov Abış çənə nahiyəsinin kəsilmiş-diaqnozu ilə travma şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin müalicəsi davam etdirilir".

 

Digər iki yaralı - Pərviz Şahmarov və Natiq Ağayev isə ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov