“Mercedes” yol kənarında dayanan avtomobilə çırpıldı - 2 YARALI

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dayanan avtomobilə çırpılması nəticəsində iki nəfər şəhər sakini - 1996-cı il təvəllüdlü Asim Hacıyev və 1995-ci il təvəllüdlü Orxan Ruşanov müxtəlif bədən xəsarətləri alıblar. A.Hacıyev tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. O.Ruşanov isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli