Afrinin baş meydanında Türkiyə bayrağı ucaldıldı - HADİSƏ ANI
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) birləşmələri Afrinin mərkəzində təmizlik əməliyyatlarını davam etdirir. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhərin mərkəzi meydanında Türkiyə bayrağı ucaldılıb.
Afrinə hücum gözlənilmədən şəhərin cənub-şərqindən başladılıb. Daha sonra digər cinahlardan hücuma keçilib. Əməliyyat çərçivəsində Afrin 14 sektora bölünüb.
Türkiyə prezidenti Ərdoğan Afrinin tamamilə nəzarətə götürüldüyünü açıqlayıb:
"Hazırda orada Türkiyə bayrağı, ASO bayrağı dalğalanır. Afrin əməliyyatını əvvəldən dəstəkləyən millətimizə minnətdarlığımı bildirirəm. Türkiyə növbəti dəfə haqlının, məzlumun yanında olduğunu sübut etdi".
Öz növbəsində PYD/YPG və terror qruplaşmasının Türkiyənin beynəlxalq axtarışa verdiyi rəhbərlərindən Saleh Müslim Afrindən çəkildiklərini, eyni zamanda mübarizəni davam etdirəcəklərini bildirib.
Xatırladaq ki, bu günə qədər Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı zamanı 46 hərbçisi şəhid olub, 225 hərbçi yaralanıb.