Afrində güclü partlayış oldu - ÖLÜ SAYI ÇOXDUR
Afrində güclü partlayış olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhərdəki dördmərtəbəli binada baş verən hadisə zamanı 4 Azad Suriya Ordusu (ASO) döyüşçüsü və 7 dinc sakin həyatını itirib.
Partlayış həmin binada ASO döyüşçülərinin axtarış-təmizləmə işləri apararkən qeydə alınıb.
Ətrafdakı binalara və park edilmiş avtomobillərə ciddi zərər dəyib. Böyük ehtimalla partlayıcı qurğu PYD/YPG terrorçuları tərəfindən quraşdırılıb.
Şəhər sakinləri terrorçuların PYD/YPG-yə qoşulmayan insanların evlərinə və bir çox yerlərə bomba yerləşdirdiklərini iddia edir.