Bəşər Əsəd döyüş bölgəsinə gəldi - ƏSGƏRLƏRLƏ GÖRÜŞDÜ

Bəşər Əsəd Şərqi Qutada müxaliflərə qarşı döyüşən hərbçiləri ziyarət edib.

 

APA TV-nin məlumatına görə, görüşü əks etdirən video və fotolar Suriya prezident administrasiyasının "Facebook" və "Twitter" səhifələrində paylaşılıb.

Xatırladaq ki, Şərqi Quta Suriya ordusunun uzun müddət mühasirəsində saxlanıb. Hazırda bölgənin 80 faizi hökumət qüvvələrinin nəzarətindədir. Bölgədən ayrılan sakinlərin sayı 68 mini keçib.

BMT Təhlükəsizlik Şurasında (TŞ) keçirilən təcili toplantıda ötən ay bölgədə atəşkəs elan edilməsi qərarı verilib. Lakin bölgədə döyüşlər və bombardmanlar davam edir. Şərqi Quta dəfələrlə Suriya ordusu və Rusiya hərbi aviasiyasının zərbələrinə məruz qalıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov