BƏƏ-nin xarici işlər naziri: "Türkiyə ərəb ölkələri üçün təhlükədir"

"Türkiyə ərəb ölkələri üçün təhlükədir".

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah ibn Zayed misirli həmkarı ilə görüşü zamanı səsləndirib.


"Türkiyə, İran və İsrail bu bölgə üçün təhlükə mərkəzləridir. Türkiyə və İran Suriyanın ərazisini parçalamaqdan əl çəkməlidir" - deyə, nazir bildirib.


Qeyd edək ki, ibn Zayed daha öncələr də çıxışlarında Türkiyəni təhdid etmiş, bu da Rəcəb Tayyib Ərdoğanın kəskin etirazına səbəb olmuşdu.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov