YAP prezident seçkiləri ilə əlaqədar sayt yaratdı
Yeni Azərbaycan Partiyasının qərargahında 11 aprel prezident seçkiləri ilə əlaqədar yaradılmış www.ilhamaliyev2018.az saytının təqdimatı keçirilib.
APA TV-nin xəbərinə görə, təqdimatda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, partiya üzvü, deputat Vüsal Hüseynov və digər şəxslər iştirak ediblər.
Siyavuş Novruzov bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq bu gündən etibarən təbliğat-təşviqat kampaniyası başlayır: "Bu təbliğat üsullarından biri də yeni internet saytının yaradılmasıdır. Bu, bilavasitə 2018-ci ilin seçkiləri ilə bağlı olan bir saytdır. Qeyd edim ki, biz 40-dan artıq böyük mitinqlər nəzərdə tutmuşuq. Ölkənin hər bir yerində o mitinqlər keçiriləcək. O cümlədən iri yaşayış sahələrində görüşlərimiz olacaq, hər bir kəndi, hər bir qəsəbəni nəzərdə tutmuşuq".
Vüsal Hüseynov sayt barədə məlumat verib. O qeyd edib ki, saytda prezident İlham Əliyevin fəaliyyəti, daxili və xarici siyasətini əks etdirən məlumatlar yerləşdirilib.