Səudiyyədə şok qərar - QADINLAR ÇADRASIZ GƏZƏCƏK
Səudiyyə Ərəbistanında qadınlar "uyğun" geyindikləri təqdirdə, çadradan istifadə etməyə bilər.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, "loyal İslam"a keçid ərəfəsində Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd ibn Salman tərəfindən keçirilən islahatlar davam edir.
Yeni qərara görə, artıq qadınlar üçün gündəlik çadra geyinilməsi mütləq olmayacaq. Səudiyyə qadınları "cəmiyyət qaydalarına uyğun və qapalı" geyindikləri təqdirdə çadra geyinməkdən azad olacaqlar.
Qeyd edək ki, CBS telekanalına verdiyi açıqlamada vəliəhd Salman "şəriət qanunları olduqca bəllidir. Qadınlar da kişilər kimi uyğun geyinməlidirlər. Bu təbii ki, qara çadra olmaya da bilər" - deyə, açıqlama vermişdi.