Azərbaycana bahar gəlib
Azərbaycana bahar gəlib. Bu barədə APA TV-yə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA TV-yə bildirilib.
Bu il bahar Azərbaycana martın 20-də yerli vaxtla 20.15-də qədəm qoyub. Həmin vaxt Günəş şimal yarımkürəsinə daxil olur və yaz bərabərliyi başlayır.
Bu gün saat 20.15-də gecə ilə gündüz bərabərləşir və Yerin şimal yarımkürəsində astronomik bahar fəsli başlayır.