Qarabağ əlilinin avtomobili yoldan çıxaraq çaya aşıb - İSMAYILLIDA

İsmayıllı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, avtoqəza İsmayıllı şəhərində qeydə alınıb.

Şəhər sakini olan 2-ci qrup Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Kəbirov Seymur Əkrəm oğlu idarə etdiyi “NAZ Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq körpünün kənarından Əyriçay çayına aşıb.

Avtomobilin 15 metr hündürlükdən çay yatağına düşməsi nəticəsində sürücü S.Kəbirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü xilas edib. Müxtəlif dərəcəli xəsarətlər alan S.Kəbirov əvvəlcə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə gətirilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv