Əfqanıstanda Novruz şənliyi yasa döndü - TERROR HÜCUMU
Əfqanıstanın Kabil şəhərində, Kabil Universiteti yaxınlığında partlayış törədilib. Partlayış nəticəsində 32 nəfər ölüb, 50-dən çox insan da yaralanıb.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə nazirliyinin məlumatında deyilir.
Partlayış Novruz bayramı ilə əlaqədar mərasim zamanı törədilib. İlkin məlumata əsasən, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi deyilir.
Terrorçu özünü Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.