Lənkəranda 52 yaşlı kişiyə 3 bıçaq zərbəsi vuruldu
Lənkəranda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Raypo yaşayış massivində baş verib.
Anar Mahmudov küçəsində qeydiyyatda olan, 52 yaşlı Əmənov Şirzad Əlihüseyn oğlu tanıdığı şəxslər tərəfindən dava zamanı bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Üç bıçaq zərbəsi alan Ş.Əmənov cərrahi əməliyyat olunub və vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.