ABŞ- da güclü qasırğa səbəbindən təyyarə reysləri təxirə salınıb

Amerika Birləşmiş Ştatlarının şimal-şərqində tüğyan edən güclü qar fırtınası səbəbindən yüzlərlə təyyarə reysi təxirə salınıb. APA-nın verdiyi melumata görə, sinoptiklər dekabrın 15-də ölkənin şimal-şərqində və Orta Qərb bölgəsində 35 santimetrədək qar yağacağını proqnozlaşdırırlar. Bu səbəbdən aviaşirkətlər təyyarə reyslərini təxirə salmağa başlayıb. Hazırda minədək təyyarə reysi təxirə salınıb. Təbii fəlakətdən ən çox Nyu-Cersi və İllinoys ştatlarının zərər çəkdiyi bildirilir. 

Meteoroloqlar hava şəraitin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Müəllif | Apa.Tv