Şəkidə idarəetmədən çıxan avtomobil ağaca dəydi - 2 ÖLÜ, 3 YARALI

Şəkidə baş vermiş ağır yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayonunun Kiçik Dəhnə kənd sakini, 1983-cü il təvəllüdlü Mustavayev Allahverdi Vitya oğluna məxsus  “VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Daha sonra avtomaşın yaxınlıqdan keçən qaz xəttini də sındırıb.

Avtoqəza nəticəsində rayonun Kiçik Dəhnə kənd sakinləri Adıgözəlov Adəm Şahruz oğlu, Həşimov Murad Zaman oğlu hadisə yerində dünyasını dəyişib. Onlar deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qaldıqlarından əraziyə FHN-in xilasediciləri cəlb edilib və meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol qəzasında daha 3 nəfər Kiçik Dəhnə kənd sakinləri, 1989-cu il təvəllüdlü Cəmilov Pərviz Rizvan oğlu, 1966-cı il təvəllüdlü Adamov Laçın Rəsul oğlu və sürücü Allahverdi Mustavayev xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlardan P.Cəmilovun müalicəsi xəstəxanada davam etdirilsə də, digər yaralılar xəsarətləri yüngül olduğundan evə buraxılıb.

Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv