FED uçot dərəcəsini artırdı

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırıb.

 

APA TV-nin xəbərinə görə, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclasında uçot dərəcəsi 1,5-1,75%-dək artırılıb.

 

Qeyd edək ki, bundan əvvəl FED dekabrın 13-də uçot dərəcəsini artırıb. O zaman FED uçot dərəcəsini 0,25%-1,25% səviyyəsindən 1,50%-dək artırıb.

 

FED uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-cı ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov