Ərdoğanı təhqir edən türkiyəli müğənniyə həbs cəzası verildi

Məşhur türk müğənnisi Zuhal Olcay 10 ay müddətinə azadlıqdan məhrum edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə məhkəmə qərar verib.

 

Məhkəmədə prokuror Z.Olcayın 4 il 8 aylıq həbsə məkum olunmasını tələb etmişdi.

 

Qeyd edək ki, müğənni tədbirlərin birində çıxış edərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı göstərdiyi əl hərəkəti ilə təhqir etməkdə təqsirli bilinib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov