Kürəkəni tərəfindən bıçaqlanan kişi xəstəxanada keçindi
Lənkəranda kürəkəni tərəfindən bıçaqlanan şəxs xəstəxanada dünyasını dəyişib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin "Raypo" adlanan yaşayış massivində qeydə alınıb.
52 yaşlı Şirzad Əmənov kürəkəni Rasim İsmayılıovla aralarında baş vermiş münaqişə zamanı bıçaqlanıb. Hadisədən sonra oğlanları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıan Ş.Əmənov çoxlu qan itirdiyindən əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən bütün tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və bu gün xəstəxanada dünyasını dəyişib.
Hadisədə adı keçən Rasim İsmayılıov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aprılır.