Salyan sakininin həyətində 18 çətənə bitkisi aşkarlandı
Həyətində narkotik tərkibli çətənə şitilləri əkən Salyan şəhər sakini saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynov Elçin İzzət oğlunun öz həyətində qanunsuz olaraq narkotik bitki əkməsi barədə Salyan RPŞ-yə məlumat daxil olub.
Məlumat əsasında polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib və bağ hissəsində yerləşən yardımçı tikilidə əkilmiş 18 ədəd çətənə şitili aşkar olunaraq götürülüb. Saxlanılaraq polis şöbəsinə gətirilən E.Hüseynov öz ifadəsində narkotika istifadəçisi olduğunu etiraf edib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.